azerbaycanxeberleritv.az » Cəmiyyət » Azərbaycanda hərbi geyim formasının daşınması halları müəyyən edilir
Cəmiyyət / Gündəm / 11-04-2025, 12:28

Azərbaycanda hərbi geyim formasının daşınması halları müəyyən edilir

Azərbaycanda hərbi geyim formasının daşınması halları müəyyən edilir

Azərbaycanda həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasının daşınması halları müəyyən edilir.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Hərbi xidmətkeçmə” haqqında Əsasnamədə dəyişiklikdə öz əksini tapıb.

Əsasnaməyə əlavə edilməsi təklif edilən maddəyə əsasən, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslər həmin geyim formasını yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə "Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü"ndə, "Zəfər Günü"ndə və "Azərbaycan Respublikasında Anım Günü"ndə daşıya bilərlər.

Müzkirələrdən sonra məsələ səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.