Şərurlu İsfəndiyar ləqəbi ilə tanınan iş adamı, Şərur MTK-nın sahibi İsfəndiyar Axundov oğlu Şahin Axundovun saxlanılması xəbəri ilə bağlı növbəti dəfə açıqlama verib.
"
Azerbaycanxeberleritv.az"ın məlumatına görə o, "Unikal"a zəng edərək bildirib ki, oğlu Şahin Axundov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən saxlanılmayıb:
"Oğlumun bəzi psixoloji problemləri var. Müxtəlif vaxtlarda müalicə etdirmişəm. Hər kəs xəstələnə və ya həbs edilə bilər.
Buna baxmayaraq, oğlum həbs edilməyib. O, hazırda evdədir" , - deyə İsfəndiyar Axundov qeyd edib.