azerbaycanxeberleritv.az » Gündəm » Vahid Əhmədovun oğlu hakim təyin olundu
Gündəm / Cəmiyyət / 11-04-2025, 12:04

Vahid Əhmədovun oğlu hakim təyin olundu

Vahid Əhmədovun oğlu hakim təyin olundu


Milli Məclisin keçmiş deputatı Vahid Əhmədovun oğlu yeni vəzifəyə təyin edilib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Səsverməyə əsasən, Zəfər Vahid oğlu Əhmədov Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.

Qeyd edək ki, Zəfər Əhmədov 6 iyul 2024-cü ilədək Qaradağ rayon prokuroru vəzifəsində çalışıb. Onun 5 illik səlahiyyət müddəti başa çatdıqdan sonra yenidən eyni vəzifəyə təyin edilməyib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.