Sosial Xidmətlər Agentliyi tərəfindən Ağstafa rayonunda şəhid ailələri və əlilliyi müəyyən edilmiş şəxslər üçün yeni mənzillər alınacaq.
"
Azerbaycanxeberleritv.az"ın BAKU.WS-a istinadən məlumatına görə, bu məqsədlə agentlik tərəfindən 3 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı tender elan olunub.
Tenderin ümumi dəyəri 844 min 470 manat təşkil edir.
Layihənin məqsədi həssas sosial qruplardan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Mənzillərin alınması üçün nəzərdə tutulan yaşayış sahələri aidiyyəti standartlara uyğun olmalıdır.