azerbaycanxeberleritv.az » Gündəm » Bu şəxslərə PULSUZ evlər veriləcək
Gündəm / Cəmiyyət / 15-04-2025, 15:30

Bu şəxslərə PULSUZ evlər veriləcək

Bu şəxslərə PULSUZ evlər veriləcək

Sosial Xidmətlər Agentliyi tərəfindən Ağstafa rayonunda şəhid ailələri və əlilliyi müəyyən edilmiş şəxslər üçün yeni mənzillər alınacaq.

"Azerbaycanxeberleritv.az"ın BAKU.WS-a istinadən məlumatına görə, bu məqsədlə agentlik tərəfindən 3 ədəd ikiotaqlı və 6 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı tender elan olunub.

Tenderin ümumi dəyəri 844 min 470 manat təşkil edir.

Layihənin məqsədi həssas sosial qruplardan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır. Mənzillərin alınması üçün nəzərdə tutulan yaşayış sahələri aidiyyəti standartlara uyğun olmalıdır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.