azerbaycanxeberleritv.az » Gündəm » Azərbaycanda qadınların sayı sürətlə azalır – Rəsmi statistika
Gündəm / Cəmiyyət / 15-04-2025, 17:00

Azərbaycanda qadınların sayı sürətlə azalır – Rəsmi statistika

Azərbaycanda qadınların sayı sürətlə azalır – Rəsmi statistika

Bu ilin mart ayının 1-ə olan məlumata görə, Azərbaycan əhalisinin sayı 10 milyon 230 min 666 nəfər olub.

"Azerbaycanxeberleritv.az" açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əhalinin 49,8%-ni (5 milyon 94 min 871 nəfər) kişilər, 50,2%-ni isə (5 milyon 135 min 795 nəfər) qadınlar təşkil edir.

Qeyd edək ki, hər 1000 kişiyə düşən qadın sayı 1008 olub.

Məlumat üçün bildirək ki, Azərbaycanın müstəqillik əldə etdiyi 1991-ci ildə hər 1000 kişiyə düşən qadın sayı 1048 olub. Həmin il Azərbaycan əhalisinin 48,8%-ni (3 milyon 524,1 min nəfər) kişilər, 51,2%-ni isə (3 milyon 694,4 min nəfər) qadınlar təşkil edib.

Açıqlanan məlumatlardan da göründüyü kimi, son 34 il ərzində Azərbaycanda kişilərin sayı 44,6% artdığı halda, qadınların sayı cəmi 28% artıb.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.