azerbaycanxeberleritv.az » Gündəm » Əfqan Sadıqov azadlığa buraxıldı
Gündəm / Cəmiyyət / 17-04-2025, 09:30

Əfqan Sadıqov azadlığa buraxıldı

Əfqan Sadıqov azadlığa buraxıldı


Gürcüstanda həbsdə olan "Azel TV" saytının təsisçisi Əfqan Sadıqov azadlığa buraxılıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova məlumat verib.

O bildirib ki, Gürcüstan hökuməti Avropa Məhkəməsinin qərarını icra edib və Əfqan Sadıqovu azadlığa buraxıb.

Xatırladaq ki, Əfqan Sadıqov 2024-cü ilin avqustunda həbs edilib. Sadıqov barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

O, ölkədə olmadığından beynəlxalq axtarışa verilib. Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qarşılıqlı əməkdaşlıq müqaviləsinə uyğun olaraq Əfqan Sadıqovun ölkəyə ekstradisiya edilməsi istənilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.