azerbaycanxeberleritv.az » Gündəm » Eldar Əzizovun gülünc təklifinə reaksiya – “30 il dövlət məmuru olasan…”
Gündəm / Cəmiyyət / 22-04-2025, 14:00

Eldar Əzizovun gülünc təklifinə reaksiya – “30 il dövlət məmuru olasan…”

Eldar Əzizovun gülünc təklifinə reaksiya – “30 il dövlət məmuru olasan…”


Bakı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizovun güclü yağış və leysanlarda şəhərdəki tunal və keçidlərə yağış suyunun dolmasını əsas gətirərək o cür havalarda tunellərdə hərəkətin məhdudlaşdırılması ilə bağlı təklifi gülüş doğurub.

Sosial şəbəkələrdə Bakı merini bu fikirlərinə görə tənqid ediblər.

"Azerbaycanxeberleritv.az" Tribunainfo.az-a istinadən xəbər verir ki, tənqid edənlərdən biri də Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzdür. O bildirib ki, belə bir təklif irəli sürmək biabırçılıqdır:

“10 il komsomol məktəbi, 10 il siyasi partiya məktəbi və 30 il də dövlət məmuru məktəbini keçən Bakı şəhərinin meri Eldar Əzizovun təklifi:
“Güclü yağıntılar və leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun”.
Ağlasığmaz olsa da, reallıqdır. Komsomol məktəbinin nümayəndəsi olaraq mən başqa cür tanıyırdım onu. Çox təəccübləndim açıqlamasına. Tərcümeyi-halı ilə dediyi fikirlər arasında kəskin ziddiyyət var”.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.