azerbaycanxeberleritv.az » Gündəm » Mədət Quliyev istefa verdi
Gündəm / Cəmiyyət / 24-04-2025, 11:00

Mədət Quliyev istefa verdi

Mədət Quliyev istefa verdi


Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib.

"Azerbaycanxeberleritv.az" Apa-ya istinadən xəbər verir ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyevin Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəldiyi bildirilir.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.