azerbaycanxeberleritv.az » Gündəm » İyunda 13 gün iş olmayacaq
Gündəm / Cəmiyyət / 25-04-2025, 17:30

İyunda 13 gün iş olmayacaq

İyunda 13 gün iş olmayacaq

İyun ayında 13 gün qeyri-iş günü olacaq.

"Azerbaycanxeberleritv.az" Nazirlər Kabinetinin saytına istinadən xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, iyunun 6, 7-si Qurban bayramı qeyd olunacaq.

İyunun 7-si şənbə günü olduğu üçün iyunun 9-u qeyri-iş günü hesab ediləcək.

İyun ayının 15-də qeyd edilən Milli Qurtuluş Günü bazar gününə təsadüf etdiyi üçün iyunun 16-sı qeyri-iş günü sayılacaq. Bundan əlavə, 26 iyun Silahlı Qüvvələr Günü də qeyri-iş günüdür. 1, 7, 8, 14, 15, 21, 22, 28 və 29 iyun tarixləri isə şənbə-bazar günlərinə təsadüf edir.

Beləcə iyun ayında 13 gün qeyri-iş günü olacaq.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.