azerbaycanxeberleritv.az » Gündəm » Bakıda uşaqlar qaçırılır? - DİN-dən açıqlama
Gündəm / Cəmiyyət / Bugün, 10:30

Bakıda uşaqlar qaçırılır? - DİN-dən açıqlama

Bakıda uşaqlar qaçırılır? - DİN-dən açıqlama

"WhatsApp" qruplarında valideynlər arasında şagirdlərin məktəblərdən qaçırılmasına dair iddialar yayılıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov sorğusuna cavab olaraq bildirib ki, uşaq oğurluğu ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar əsassızdır:

"Həqiqəti əks etdirmir. Uşaq oğurluğu ilə bağlı polis orqanlarına hər hansısa məlumat daxil olmayıb. İddialar araşdırılıb, qeyd olunan ünvanlar üzrə bu halın baş verməsi təsdiqini tapmayıb. Tövsiyə edirik ki, vətəndaşlar bu və ya digər əsası olmayan faktsız iddiaları paylaşmasınlar", - deyə açıqlamada qeyd olunub.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.