azerbaycanxeberleritv.az » Gündəm » Azərbaycanda yeni klub yaradıldı - İddialı olacaq
Gündəm / İdman / Bugün, 12:00

Azərbaycanda yeni klub yaradıldı - İddialı olacaq

Azərbaycanda yeni klub yaradıldı - İddialı olacaq

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, Azərbaycanda qadın voleybolçulardan ibarət yeni yaradılan "DH Volley Baku" klubunun təqdimat mərasimi keçirilib.

Tədbirdə klub prezidenti Şərəf Yalçın, digər rəsmilər, məşqçilər və komandanın üzvləri iştirak ediblər. Ş.Yalçın yeni yaranan komandaya uğurlar arzulayıb:

"Yeni mövsümündə yalnız yerli yarışlarda uğurlar deyil, beynəlxalq arenada da adımızdan söz etdirmək istəyirik. Bu məqsədlə heyəti həm Azərbaycan milli komandasının üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla "DH Volley Baku” olaraq çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq. Klubun hədəfi qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, yaxın gələcəkdə isə Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir”.

Sonda 5 yerli voleybolçu - kapitan Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva ilə müqavilə imzalanıb. "DH Volley Baku" növbəti mövsüm Azərbaycan Yüksək Liqasında çıxış edəcək. (Sportinfo.az)

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.