azerbaycanxeberleritv.az » Gündəm » AAYDA "vzv"a da gedir? - VİDEO
Gündəm / Cəmiyyət / Bugün, 14:30

AAYDA "vzv"a da gedir? - VİDEO

AAYDA "vzv"a da gedir? - VİDEO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) sifarişlə də yol çəkirmiş.

Deyəsən, "yol üstündə" olduğu (vəzifədən gedəcəyi) deyilən Saleh Məmmədov "gedər ayaq" işini-gücünü atıb "girişib levıy işlər"ə.

"Azerbaycanxeberleritv.az"  "DogruXeber.az"a istinadən  bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat və görüntülər paylaşılıb. Belə ki, yayılan görüntülərdə yeni günəşli qəsəbəsində yeni tikilmiş restoranın qarşısında asfaltlama işlərinin aparıldığı aydın görünür. İşləyən işçilərin geyimləri AAYDA-nın xüsusi geyimləri olmasına baxmayaraq, onlar AAYDA-nın işçisi olduqlarını danır, jurnalist xanımın suallarından yayınırlar. Yəqin ki, belə tapşırıq alıblar.

Xatırladaq ki, bir müddət əvvəl Saleh Məmmədovun Nabrandakı şəxsi villasının dörd bir yanının mükəmməl asfalt döşəmə olduğunu əks etdirən görüntüləri də "Kanal14" YouTube kanalımızda yayımlamışdıq.

Video: https://vt.tiktok.com/ZShdMRfu9/

Video: https://vt.tiktok.com/ZShdMPRW5/


Qeyd edək ki, yerli mediada 8 ildir "yollardan pul çıxaran" Saleh Məmmədovun yaxın günlərdə təqaüdə göndəriləcəyi və onu yeni müavini əli Hacıyevin əvəz edəcəyi barəsində məlumatlar dərc olunub.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.