azerbaycanxeberleritv.az » Gündəm » İmamoğlunun həbsxanadan ilk fotosu
Gündəm / Dünya / Bugün, 09:00

İmamoğlunun həbsxanadan ilk fotosu

İmamoğlunun həbsxanadan ilk fotosu

Martın 23-dən həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsxanadan ilk fotosu yayımlanıb.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, fotonu İmamoğlu sosial şəbəkə hesabında paylaşıb. O, şəklə "Ailə sülh, güvən, xoşbəxtlikdir. Ailə müqəddəsdir" sözlərini yazıb.

Foto Silivridəki Mərmərə Həbsxanasında saxlanılan Əkrəm İmamoğlunun ailəsi ilə açıq görüşündə çəkilib. Şəkildə İmamoğlunun həyat yoldaşı Dilek İmamoğlu, böyük oğlu Mehmet Səlim İmamoğlu və qızı Beren İmamoğlu, anası Həvva İmamoğlu, atası Həsən İmamoğlu və bacısı Neslihan Yakupçebioğlu yer alıb.

Qeyd edək ki, İmamoğlu 43 gündür Mərmərə Həbsxanasında saxlanılır. İmamoğlunun komandası, İstanbul Böyükşəhər Bələdiyyəsində çalışan yüksək səviyyəli rəhbərlər və bələdiyyə sədrləri də eyni istintaq çərçivəsində həbsxanada saxlanılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.