Kanada Britaniya Kolumbiyası Azərbaycanlıları Cəmiyyəti yerli kitabxanalarda Azərbaycan dilində nəşrlərə qarşı tətbiq edilən qərəzli yanaşmaya etiraz olaraq petisiya hazırlayıb.
"
Azerbaycanxeberleritv.az" xəbər verir ki, petisiyada uzun müddətdir Kanadanın kitabxanalarında nə uşaqlar, nə gənclər, nə də böyüklər üçün Azərbaycan dilində heç bir nəşrin olmadığı bildirilib. Həmin kitabxanalara ədəbiyyatımıza aid nümunələrin bağışlanması üçün dəfələrlə müraciət edilsə də, əsassız səbəblərlə bu təkliflərə imtina verildiyi qeyd olunub.
Cəmiyyət Azərbaycan dilində kitabların Kanadada yaşayan soydaşlarımız üçün vacibliyini vurğulayaraq, bu qərəzli imtinaya dərhal son qoyulmasını tələb edib.
Petisiyaya aşağıdakı keçidə daxil olmaqla səs vermək mümkündür:
https://chng.it/cHbdr9KBQV