azerbaycanxeberleritv.az » Gündəm » “WhatsApp”da yenilik: Reklamlar və pullu abunəliklər gəlir
Gündəm / Cəmiyyət / Bugün, 12:30

“WhatsApp”da yenilik: Reklamlar və pullu abunəliklər gəlir

“WhatsApp”da yenilik: Reklamlar və pullu abunəliklər gəlir


“Meta” şirkəti 2014-cü ildə “WhatsApp”ı aldıqdan sonra ilk dəfə olaraq messencerdə reklamlar təqdim edir.

"Azerbaycanxeberleritv.az" bildirir ki, bu barədə “The Bell” məlumat yayıb.

Məlumata görə, reklamlar gündəlik 1.5 milyard baxış toplayan yeniləmələr bölməsində görünəcək.

Reklamçılar, həmçinin kanallarını tanıtmaq və ödənişli abunəlikləri satmaq imkanı əldə edəcəklər.

Reklamların şəxsi məlumatlara əsaslandığı “Instagram” və “Facebook”dan fərqli olaraq, “WhatsApp”da hədəfləmə zəif olacaq. Reklam təklifləri istifadəçinin dilindən, bölgəsindən və kanal abunəliyindən asılı olacaq, lakin şəxsi yazışmalara təsir etməyəcək.

Şirkət əmin edib ki, “WhatsApp”dan yalnız mesaj və zənglər üçün istifadə edən istifadəçilər heç bir dəyişiklik hiss etməyəcəklər./Oxu.az


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.