azerbaycanxeberleritv.az » İqtisadiyyat » Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişdi
İqtisadiyyat / Cəmiyyət / Gündəm / 15-04-2025, 12:30

Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişdi

Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi qaydaları dəyişdi


Nazirlər Kabineti “Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ hüquqi aktlar haqqında” 15 mart 2000-ci il tarixli qərarında dəyişiklik edib.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yen qərar imzalayıb.

Qərara əsasən, “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları” dəyişib. Bundan sonra yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi ölkə Prezidentinin 28 sentyabr 2024-cü il tarixli fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Nazirlər Kabinetinin Qərarı ilə həyata keçiriləcək.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.