azerbaycanxeberleritv.az » Manşet » Qadını şantaj edərək 3 min manatını istədi, saxlanıldı
Manşet / Sosial / 19-10-2024, 11:04

Qadını şantaj edərək 3 min manatını istədi, saxlanıldı

 Gəncə şəhər sakini olan qadın şəhər Baş Polis İdarəsinə müraciət edərək sosial şəbəkədə tanış olduğu Sadiq adlı şəxsin onu şəkillərini və barəsində rüsvayedici məlumatları sosial şəbəkədə yayacağı ilə hədələdiyini və 3000 manat pul verməyi tələb etdiyini bildirib.


DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Azerbaycanxeberleritv.az"a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sadiq Salehov saxlanılıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.