azerbaycanxeberleritv.az » Manşet » Bu ölkə qaranlığa qərq oldu: Turizm mərkəzi çökdü
Manşet / Cəmiyyət / Dünya / 19-10-2024, 11:08

Bu ölkə qaranlığa qərq oldu: Turizm mərkəzi çökdü

 Kubanın Energetika Nazirliyi adadakı böyük elektrik stansiyalarından birinin nasazlığından sonra milli elektrik şəbəkəsinin bağlandığını açıqlayıb.


"Azerbaycanxeberleritv.az" xarici KİV-ə istinadən xəbər verir ki, hökumət səhər saatlarında məktəbləri bağlayıb. Ölkədəki administrasiya da dövlət işçilərini evlərinə göndərməli olub.



10 milyondan çox insanın yaşadığı adada bütün vacib olmayan dövlət xidmətləri dayanıb.


Ölkənin əsas gəlir mənbələrindən biri olan turizm sektoru da kəsilməyə məruz qalıb. Səlahiyyətlilər gecə klubları da daxil olmaqla əyləncə və mədəni fəaliyyətlərin dayandırılmasını əmr edib.  


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.