azerbaycanxeberleritv.az » Manşet » Astarada qanunsuz ov faktı aşkarlandı - FOTO
Manşet / Hadisə / 20-10-2024, 13:00

Astarada qanunsuz ov faktı aşkarlandı - FOTO

 Çəltik sahəsində qanunsuz ov edən Astara sakini saxlanılıb.


"Azerbaycanxeberleritv.az" xəbər verir ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində Z.Məmmədovun rayonun Süparibağ kəndi ərazisindəki çəltik sahəsində qanunsuz ov etdiyi müəyyən olunub. Ondan 1 ədəd "İJ" markalı tüfəng, ov alətləri və qanunsuz ovladığı çöl quşları aşkarlanıb.



Bundan əlavə, şöbə əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz saxlanılan silah-sursatla bağlı keçirilən tədbirlər nəticəsində 11 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov tüfəngləri aşkarlanaraq götürülüb.


Faktlar üzrə araşdırma aparılır.




AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.