azerbaycanxeberleritv.az » Manşet » "Qarabağ Əlilərə Qayğı İctimai"birliyin vətən sevdası
Manşet / Sosial / 29-11-2024, 09:19

"Qarabağ Əlilərə Qayğı İctimai"birliyin vətən sevdası

 Azərbaycanxeberleritv. az xəbər verir:Biz əvvəllər də “Qarabağ Əlillərinə Qayğı” İctimai birliyinin
müharibə əlillərinə və veteranlarına göstərdiyi xüsusi diqqət və qayğının
şahidi olmuşuq. Bu gün isə bu İctimai birliyin qəhrəmanlığı təbliğatı və
hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi ilə bağlı Nəsimi rayon 111
saylı tam orta məktəbin kollektivi ilə görüşünün şahidi olduq. Birliyin
sədri Qarabağ Qazisi Firidun Məmmədovun və sədr müavini Azad
Ramazanovun məktəbə daxil olarkən həm şagirdlər, həm də müəllimlər
tərəfindən isti münasibətlə qarşılanması Qazilərimizin əvvəllər də bu
məktəbdə dəfələrlə olmasından xəbər verirdi. Bu dəfə onlar özləri ilə
xüsusi qonaq da gətirmişdilər. Bu qonaq Vətənpərvərlik şerləri ilə
məşhur olan meyxana ustası şair Orxan Qaxlı idi. Orxan Qaxlı
Şəhidlərimizə, Qazilərimizə və Veteranlara həsr etdiyi məşhur şeri ilə
qonaq gəlmişdi. Məktəbin böyük zalında keçirilən görüşün atmosferi
adamın gözlərini yaşardır, köksünü qabardırdı. Qazilərimizi böyük coşqu
ilə qarşılayan məktəb kollektivinin alqışları kəsilmirdi. Bu alqışlar
Qazilərimizə idi. Vətənimizin, torpağımızın azadlığı uğrunda sağlamlığını
qurban vermiş Qəhrəman Qazilərimizə. Bu alqışlar gənc nəslimizin
Qazilərin timsalında Vətənə olan sevgisinin tərənnümü idi. Bu alqışlar
Azərbaycan xalqının Qəhrəmanlarının bitməz və tükənməz olduğunun
göstəricisi idi. Tədbiri açıq elan edən məktəbin direktoru Jalə xanım
qonaqları təqdim etdi. Sonra sözü məktəblilərə verdi. Şagirdlər
hazırladıqları səhnəcikləri döyüşçülərimizə sevə- sevə təqdim etdilər.
Sanki döyüşçülərimizin xoşuna gəlmək üçün yarışa girmişdilər. Bir
saatdan artıq davam edən tədbir məni valeh etmişdi. Mən əvvəllər də
belə tədbirlərdə iştirak etmişdim. Amma məni bu qədər qürurlandıran
açığını deyim ki, olmamışdı. Sonra söz Qazilərimizə və onların musiqili
qonağı Orxan Qaxlıya verildi. Qonaqlar təbrik çıxışları ilə müəllimlərə
təşəkkür etdikdən sonra şagirdlərə tövsiyələrini verdilər. “Qarabağ
Əlillərinə Qayğı” İctimai birliyinin sədri Qazi Firidun Məmmədov çıxış
edərkən şagirdlərin öz alqışları ilə bir neçə dəfə çıxışı kəsmələri
gələcəyimizin etibarlı əllərdə olmasını göstərməklə yanaşı millətimizin
öz fədailərinə olan sevgisinin hansı dərəcədə olduğunu da isbatlayırdı.
Nə deyim. Bizim Vətənimiz ən gözəl sözlərə layiqdir. Bu Vətəni
qoruyan hər bir kəs bizim başımızın tacıdır. Mən “Qarabağ Əlillərinə
Qayğı” İctimai birliyinin rəhbərliyinə tədbirə şahidlik etməyimə şərait
yaratdığı üçün öz minnətdarlığımı bildirirəm. Və onlarla fəxr edərək
qürur duyduğumu bildirmək istəyirəm. Eşq olsun Vətənimizə,
Dövlətimizə və onun əzəmətli döyüşçülərinə!


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.