azerbaycanxeberleritv.az » Manşet » Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı
Manşet / Cəmiyyət / Elm-təhsil / 1-12-2024, 00:10

Milli Hidrometeorologiya Xidmətindən Publika.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı

 Qarabağ Universitetində yeni ixtisaslar yaradılacaq.


Bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, universitetə növbəti tədris ilində təxminən 1500-ə qədər tələbə qəbulu planlaşdırılır.


“Ola bilər ki, bu rəqəm dəyişə də bilər. Əsasən mövcud fakültələr üzərindən yeni ixtisalar da yaradılacaq. Yəni, mövcud fakültələrdə müəllimlik ixtisaslarında yeni sahələr – kimya, biologiya, fizika, coğrafiya müəllimliyi və digər müəllimlik ixtisaslarını çalışacağıq ki, tam əhatə edək”, – deyə o bildirib.


Onun sözlərinə görə, mühəndislik ixtisaslarının da sayı artacaq.


“Bir mənalı olaraq hələ ki bu proses gedir. Tibb fakültəsinin də açılmasını planlaşdırırıq. Tibb fakültəsində ali təhsil səviyyəsində həm tibb, həm də tibb bacısı ixtisaslarının açılması planlaşdırılır. Bundan əlavə, təbiət fənnləri üzrə fakültənin də açılmasını düşünürük”,- deyə E.Əmrullayev bildirib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.