azerbaycanxeberleritv.az » Manşet » Tahir Budaqov YAP Mərkəzi Aparatında müşavirə keçirdi - FOTOLAR
Manşet / Sosial / 5-12-2024, 16:45

Tahir Budaqov YAP Mərkəzi Aparatında müşavirə keçirdi - FOTOLAR

 Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar dekabrın 5-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında yerli seçki qərargahları sədrlərinin iştirakı ilə müşavirə keçirilib.


"Azərbaycanxeberleritv. az" xəbər verir ki, müşavirədə YAP İdarə Heyətinin 2024-cü il 2 dekabr tarixli qərarı ilə təsdiq edilmiş Tədbirlər Planında əks olunan əsas hərəkət və tədbirlərin vaxtında və mütəşəkkil həyata keçirilməsi ilə əlaqədar müzakirələr aparılıb, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının zəruriliyi diqqətə çatdırılaraq qarşıda duran vəzifələrlə əlaqədar müvafiq tapşırıq və tövsiyələr verilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.