azerbaycanxeberleritv.az » Manşet » xronikaPrezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
Manşet / Siyasət / 13-12-2024, 11:40

xronikaPrezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi

 Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 21 il ötür.


Azerbaycanxeberleritv.az xəbər verir ki, dekabrın 12-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət ediblər.


Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoyub.


Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.


Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla andılar, məzarı üzərinə gül dəstələri qoyublar.


Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.


 


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.