azerbaycanxeberleritv.az » Manşet » Alim Xudu Məmmədov haqqında
Manşet / Cəmiyyət / 14-12-2024, 11:54

Alim Xudu Məmmədov haqqında

14 dekabr Xudu Surxay oğlu Məmmədovun doğum günüdür. Məmmədov Xudu Surxay oğlu 

14 dekabr 1927 ci il də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. 

Ağdamda orta məktəbi bitirən Məmmədov Xudu Surxay oğlu Azərbaycan Dövlət Universitetinin Geologiya Coğrafiya fakültəsinin Geologiya şöbəsinə daxil olmuş, 1951 ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurur və müəllimi Əfəndiyev Heydərin təkidi ilə Azərbaycan Elmlər Akademiyasının Kimya İnstitutuna təyinat almışdır.

 Məmmədov Xudu Surxay oğlu daha sonra SSRİ EA nın Kristalloqrafiya İnstitutunun aspiranturasına daxil olmuş, Namizədlik dissertasiyasının ilkin mövzusu "Borosilikat aksinit mineralının quruluşunun təyini" olmuşdur. Amma quruluşu açmaq üçün eksperimental materiallar alınması ərəfəsində (1952 ci il) yapon tədqiqatçıları bu mineralın quruluşunu təyin etmişlər. 

1955 ci ildə Məmmədov Xudu Surxay oğlu SSRİ EA nın Kristalloqrafiya İnstitutunun elmi şurasında "Kristalloqrafiya və Kristallofizika" ixtisası üzrə "Ksonolit və vollastonit minerallarının kristal quruluşu" mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə etmişdir.

 Məmmədov Xudu Surxay oğlu bir neçə dəfə Con Bernalın qonağı olmuş, 1966 cı ildə isə təqribən bir il onun laboratoriyasında çalışmışdır.

Azərbaycanlı kristalloqraf alim 1970 ci ildə geologiya mineralogiya elmləri doktoru, 1973 cü ildə professor elmi adlarına layiq görülmüşdür.

O, 1957 ci ildən Azərbaycan Elmlər Akademiyasının Qeyri üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.

1969 cu ildə Məmmədov Xudu Surxay oğlu doktorluq dissertasiyasını müdafiə etmiş, 1970 ci ildə geologiya mineralogiya elmləri doktoru, 1973 cü ildə professor elmi adlarına layiq görülmüşdür.

 Məmmədov Xudu Surxay oğlu 1976 cı ildən Azərbaycan Elmlər Akademiyasının müxbir üzvüdür.

1957 ci ildən Azərbaycan Elmlər Akademiyası Qeyri üzvi və Fiziki Kimya İnstitutunun struktur kimya laboratoriyasının müdiri vəzifəsində çalışmışdır. Əsas elmi işləri kristallokimya sahəsindədir.

 Məmmədov Xudu Surxay oğlu bir neçə illik tədqiqatların yekunu olaraq, 1960 cı ildə "Kalsium silikatları və hidrosilikatları və hidrosilikatların kristallokimyası" monoqrafiyasını yazmışdır.

Görkəmli alim Məmmədov Xudu Surxay oğlu 345 elmi əsərin müəllifi olmuşdur ki, onların da 11 i ixtira olub, keçmiş SSRİ nin müəlliflik şəhadətnamələri ilə müdafiə olunmuşdur. Onun rəhbərliyi altında 18 elmlər namizədi və iki elmlər doktoru hazırılanmışdır.

 Məmmədov Xudu Surxay oğlunun bayatıları və şerləri də onun incə qəlbli, duyğulu bir insan olduğunu göstərir. Onları Siz də oxuyun və bu duyğulardan özünüzə pay götürün.

Silikat birləşmələrindən bir çoxunun quruluşunu müəyyənləşdirmiş, həmin birləşmələr sinfi ilə boratlar, karbonatlar, yarımkeçiricilər və s. arasında kristallokimyəvi qohumluq olmasını aşkara çıxarmış, 50 dən çox üzvi liqandlı kompleks birləşmənin molekul və kristall quruluşunu öyrənmiş, tədqiqatlarında elektronoqrafiya, rentgen spektral analiz və hidrotermal sintez üsullarından geniş istifadə etmişdir. O, 250 elmi əsərin, 10 müəlliflik şəhadətnaməsi və 3 monoqrafiyanın müəllifidir. Məmmədov Xudu Surxay oğlunun rəhbərliyi ilə 10 elmlər doktoru və 35 fəlsəfə doktoru yetişdirilib.

1955 ci ildə Məmmədov Xudu Surxay oğlu SSRİ EA nın Kristalloqrafiya İnstitutunun Elmi Şurasında “Kristalloqrafiya və Kristallofizika” ixtisası üzrə “Ksonotlit və vollastonit minerallarının kristal quruluşu” mövzusunda müvəffəqiyyətlə namizədlik dissertasiyası müdafiə edir və geologiya mineralogiya elmləri namizədi alimlik dərəcəsi almışdır.

Məmmədov Xudu Surxay oğlu görkəmli alim Con Bernalla ilk görüşü 1956 cı ildə olmuşdur. O vaxt Moskva şəhərində Beynəlxalq Sülh Konfransı keçirilir, Con Bernal laboratoriyasında uzun müddət problem quruluşlarından olan ksonotlit və vollastonit minerallarının quruluşunu yüksək dəqiqliklə təyin edən Məmmədov Xudu Surxay oğlu ilə görüşmüşdür. İnstitutda elmi diskussiyadan sonra, Məmmədov Xudu Surxay oğlu ilə tanışlıq onu çox heyrətləndirir və onu Londona “Sement Silikatlarının Quruluşunun Tədqiqi” elmi mərkəzinə dəvət edir.

Bu tanışlıqdan sonra Məmmədov Xudu Surxay oğlu iki dəfə Con Bernalın qonağı olmuşdur. 1960cı ildə 20 gün, 1966 cı ildə isə 10 ay. Con Bernal da öz növbəsində Bakıda Xudu müəllimin qonağı olmuş və özünün bağışladığı “Elm haqqında elm” kitabında belə avtoqraf yazmışdı: “Canlı və cansız təbiəti vəhdətlərindən böyük alim Məmmədov Xudu Surxay oğlu ”.

SSRİ EA Kristalloqrafiya İnstitutunun aspiranturasını bitirib, 1955 ci ilin oktyabrında elmlər namizədi kimi Bakıya qayıdan Xudu Məmmədov Azərbaycan EA nın Kimya İnstitutuna baş elmi işçi kimi qəbul olunur, elə həmin ildə kristallokimya laboratoriyası yaranır və Məmmədov Xudu Surxay oğlu ona rəhbər təyin edilmişdir.

Məmmədov Xudu Surxay oğlu bir neçə illik tədqiqatlarının yekunu olaraq 1960 cı ildə “Kalsium silikatları və hidrosilikatların kristallokimyası” monoqrafiyasını yazır. Sement silikatların quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, bu monoqrafiyanı Məmmədov Xudu Surxay oğlu azəri türkcəsində yazmışdır. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan bu əsər Azərbaycan elm tarixində kristallokimyaya dair doğma dilimizdə ilk kitab idi.

1960 cı ildə Məmmədov Xudu Surxay oğlu ilk dəfə “Qarışıq quruluşlar” anlayışı yaradır. 1980 ci illərin əvvəlində bu hadisə xarici elmi mətbuatda polisomatizm hadisəsi kimi səslənir. 1960 cı ildə çap olunan monoqrafiyada isə Məmmədov Xudu Surxay oğlu bu hadisəyə tam aydınlıq gətirmişdir.

1960 1970 ci illərdə artıq elm aləmində “Kristallokimyaçıların Bakı məktəbi” kimi tanınmış laboratoriyanın əməkdaşları Məmmədov Xudu Surxay oğlunun rəhbərliyi ilə dünya laboratoriyalarının problem axtarışlarından olan quruluşları açmağa qadir idilər. Bu illərdə Məmmədov Xudu artıq dünya səviyyəsində qəbul edilmiş, kristalloqrafların görkəmli liderləri səviyyəsinə ucalmışdır.

Məmmədov Xudu Surxay oğlu 1969 cu ildə Azərbaycan EA nın Geologiya İnstitutunda “Kalsium silikatlarının və hidrosilikatlarının kristallokimyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edir və geokimya mineralogiya elmləri doktoru alimlik dərəcəsi alır. Akademik N.V.Belov və Moskva şəhərindən opponent kimi müdafiədə iştirak edən professorlar M.Dorfman və E.Makarov işi yüksək qiymətləndirirlər.

Məmmədov Xudu Surxay oğlu 1970 ci illərin çox sevdiyi ölməz sənətkar və görkəmli alim Üzeyir bəy Hacıbəyovun xatirəsinə həsr etdiyi “Qoşa qanad” əsərini yazır. Əsər elm və sənətin vəhdətinə həsr edilmiş fundamental elmi araşdırmaların nəticəsi idi. İlk dəfə bu əsər “Ədəbiyyat və incəsənət” qəzetində çap olunur. 1974 cü ildə isə “Gənclik” nəşriyyatı eyniadlı kitab kimi nəşr edir. Kitab, istedadlı filosof Ziyəddin Göyüşovun “Zirvəyə çağıran səslər” başlıqlı ön sözündən, dörd fəsildən və son sözdən ibarətdir.

Məmmədov Xudu Surxay oğluna görə, yaradıcılığın əsasında üç cəhətin ahəngdar birliyi lazımdır:

• İstedad sənətkarlığa məxsus cilalanmış, həssas, təbii xüsusiyyət;

 Dünyagörüşü xarici aləmin beyində ümumiləşmiş əksi, xarici aləm və özün haqqında mühüm hissəsi obyektiv olan bilik;

 Sənət texnikası yazı, rəngkarlıq, bəstələmək, ifaçılıq texnikası, uyğun peşələr üçün zəruri olan xüsusiyyət.

1981 ci ildə Məmmədov Xudu Surxay oğlunun “Naxışların yaddaşı” kitabı çap olunur. O, qədim naxışların araşdırılması ilə türkçülüyün izlənməsinin mümkünlüyündən danışırdı. Eramızdan çox çox əvvəl türklərin məskunlaşdığı ərazilərdə tapılan sənət nümunələrində simmetriya elementlərindən istifadə olunmasını kristalloqrafiya elmimizin, qədim türk tayfalarında, müxtəlif sənətkarların yaratdığı əşyalarda müşahidə olunması bu elmin yaradıcılarının özümüzə məxsusluğunu yüksək səviyyədə əsaslandırırdı. 

1980 ci illərin axırlarında Azərbaycanımızın ağrılı acılı günləri başladı. Keçmiş SSRİ nin rəhbərləri “yenidənqurma” adı altında erməni cəlladlarına yeni imkan yaratdı. Torpaqlarımız üzərində dövlət quran, tariximiz əsasında özünə tarix yaradan, mədəniyyətimizi özününküləşdirməkdə davam edən alçaq qonşularımız Azərbaycanın gözəl guşələrindən biri olan Dağlıq Qarabağı özününküləşdirmək fikrinə düşür. İlk erməni ayaqları bu torpaqlara dəyən gündən 170 ilə yaxın bir vaxt keçməsinə baxmayaraq, Dağlıq Qarabağı qədim erməni torpağı elan edirlər. Ağdam rayonundakı iki gənci ermənilər vəhşicəsinə qətlə yetirir. İlk qan tökülür, cinayətkar cəzasız qalır.


Bu hadisələr milli iztirablar Məmmədov Xudu Surxay oğlunun qəlbini ağrıdır, o, heç nə edə bilmədiyinə görə əzab əziyyətlər çəkir.

Azərbaycanın Qarabağın dərdi Məmmədov Xudu Surxay oğlunun ölümünü tezləşdirir. 

15 oktyabr 1988 ci il də sənətinin vurğunu olduğu, Şərqin böyük dahisi Üzeyir bəy Hacıbəyovun ev muzeyində dünyasını dəyişir.

Görkəmli alim Məmmədov Xudu Surxay oğlu 345 elmi əsərin müəllifi olmuşdur ki, onların da 11 i ixtira olub, keçmiş SSRİ nin müəlliflik şəhadətnamələri ilə müdafiə olunmuşdur. Onun rəhbərliyi altında 18 elmlər namizədi və iki elmlər doktoru hazırılanmışdır.


 1990 cı ildə Məmmədov Xudu Surxay oğlunu (ölümündən sonra) Azərbaycan Xalq Cəbhəsinin İdarə heyəti milli azadlıq hərəkatındakı xidmətlərinə görə Məhəmməd Əmin Rəsulzadə mükafatına layiq görmüşdür.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.