azerbaycanxeberleritv.az » Manşet » Pensiya ilə bağlı rəsmi açıqlama
Manşet / İqtisadiyyat / 16-12-2024, 16:35

Pensiya ilə bağlı rəsmi açıqlama

 

Bu ilin 11 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 14 faiz və ya 711 milyon manat çox olmaqla, 5 milyard 949 milyon manat vəsait yönəldilib.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

 

Həmin dövrdə ölkə üzrə pensiyaların orta aylıq məbləği 13 faiz artaraq 494 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 12 faiz artaraq 527 manata çatıb.

 

Yanvar-noyabr aylarında 33 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 135 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.