azerbaycanxeberleritv.az » Manşet » "Bakı Sığorta”nın lisenziyası ləğv edildi
Manşet / Sosial / 16-12-2024, 13:32

"Bakı Sığorta”nın lisenziyası ləğv edildi

 

"Bakı Sığorta” ASC-yə sığorta fəaliyyətinə verilmiş 2009-cu il 4 sentyabr tarixli lisenziya ləğv edilib.

Mərkəzi Bankdan verilən məlumata görə, lisenziya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.1-ci maddəsinə müvafiq olaraq könüllü müraciət əsasında Mərkəzi Bankın İdarə Heyətinin 10 dekabr 2024-cü il tarixli qərarı ilə ləğv olunub.

“Bakı Sığorta” ASC-nin mövcud maliyyə göstəriciləri cəmiyyətin öhdəliklərinin tam və vaxtında icra edilməsinə imkan verir. Cəmiyyətin ləğvetmə prosesi Azərbaycan qanunvericiliyi çərçivəsində nəzarətdə saxlanılacaq.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.