azerbaycanxeberleritv.az » Manşet » Xocalı və Ağdərənin bu kəndlərinin küçələrinə işıq çəkiləcək
Manşet / Cəmiyyət / 21-12-2024, 13:58

Xocalı və Ağdərənin bu kəndlərinin küçələrinə işıq çəkiləcək

 

Xocalı rayonu Ballıca kəndi və Ağdərə rayonu Həsənriz kəndinin küçələrinə işıq dirəkləri quraşdırılacaq.

Azerbaycanxeberleritv. az xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.

Məlumata görə, artıq bununla bağlı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi hazırlıq işlərini yekunlaşdırıb.

Qurum işğaldan azad olunmuş ərazilərdə sözügedən işlərin icrasını “Enerji İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla dəyəri 353.619,8 AZN (353 min 619 manat 8 qəpik) olan müqavilə bağlayıb.

Qeyd edək ki, “Enerji İnşaat” MMC 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Abubəkir Əlimurad oğlu Musayevdir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.