azerbaycanxeberleritv.az » Manşet » Ağdamda qanvermə aksiyası keçirilib
Manşet / Cəmiyyət / Regionlar / 20-12-2024, 18:14

Ağdamda qanvermə aksiyası keçirilib

Azerbaycanxeberleritv.az xəbər verir: 20 dekabr 2024-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyi “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” publik hüquqi şəxsin və “Ağdam Mərkəzi Rayon xəstəxanası” publik hüquqi şəxsin təşkilatçılığı ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasında qanvermə aksiyası keçirilib.

Aksiyada Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon sakinləri iştirak ediblər. Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hematoloqları tərəfindən donorların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra onlardan qan götürülüb. Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.