azerbaycanxeberleritv.az » Manşet » Azərbaycanın şərəfli Polislərindən birini tanıyaq
Manşet / Cəmiyyət / 24-12-2024, 16:59

Azərbaycanın şərəfli Polislərindən birini tanıyaq

Azerbaycanxeberleritv.az saytı xəbər verir:Həftə ərzində 7 gün , gün ərzində 24 saat təhlükəsiz yaşamaq istəyən hər bir insan polisə etibar edir və bu etibar hörmət və inamla şərtlənir. Bu prinsiplər, polis-vətəndaş münasibətləri üzərində köklənir. Bütün dünyada polis çətin şəraitdə işləyir. Uzaqdan hər şey çox gözəl və rahat görünə bilər. Eyni zamanda, hər bir insanın “tərcümeyi-hal”ında kifayət qədər çətin anlar olur. Bu, təbiidir. Həyatın elə çağları, məqamları, hətta anları var ki, onlar insanın daxilində mənəvi bir öhdəlik yaradır. Ancaq, deyəsən, polisin həyatı və xidməti elə bu cür anlardan ibarətdir və bəzən bu, onun həyatı bahasına başa gəlir.

Şərəfli polislərimizdən biri olan Axundov Ceyhun Cabir oğlu haqqında danışacağıq. 

Axundov Ceyhun Cabir oğlu 27.09.1969-cu ildə Gəncə şəhərində anadan olmuşdur.

Gəncə şəhəri 1 nömrəli orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1988-ci ildə Moskvanın Zveniqorud şəhərində 2illik hərbi xidmətini başa vurub Azərbaycana qayıtdıqdan sonra Gəncə şəhəri Polis idarəsinin xidmətinə qəbul olub.

Həmin ili ərzində Azərbaycan Dövlət Universetinin Hüquq fakultəsinə qəbul olub. 1995-ci ildə Universeti bitirdikdən sonra Birinci Qarabağ müharibəsində könüllü olaraq Gəncə batalyonunda iştirak edib.

10 gün mühasirədə  qaldıqdan sonra Ordumuz tərəfindən xilas olunub. Yenidən Gəncə şəhəri Polis idarəsində xidmətini davam etdirib.Uzun müddət DİN-nin bir neçə regionlarında xidmətini davam etdirdikdən sonra xidməti vəzifəsini öz əziyyəti şərəfi və ləyaqəti ilə böyüdərək Bakı şəhəri DİN-nin istindaq və təhqiqat şöbəsində mayor rütbəsinə qədər yüksəlmişdir.

19.12.2024-cü ildə Goranboy rayonun Borsunlu kənd ərazilərində xidməti vəzifəsini yerinə yetirən zaman ağır yol qəzasında dünyasını dəyişmişdi.

Axundov Ceyhun Cabir oğlu ailəli idi. 2övladı 1nəvəsi var idi.

Bizdə rəhbərliyimiz və komandamız adından Ceyhun müəllimin ailəsinə və əzizlərinə dərin hüznlə baş sağlığı veririk. Allah rəhmət eləsin! Məkanı cənnət olsun! Ruhu şad olsun!

Müəllif:Jalə Əlövsətqızı

Tarix:24.12.2024/17:24


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.