azerbaycanxeberleritv.az » Manşet » Dekabrın 26-da Azərbaycanda matəm elan edilib
Manşet / Gündəm / 25-12-2024, 22:22

Dekabrın 26-da Azərbaycanda matəm elan edilib

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 26-da ölkədə matəm elan edilməsi ilə bağlı Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı sənəddə qeyd olunub ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilsin.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə ekipaj üzvləri ilə birlikdə 67 nəfər olub.

Son məlumata görə, 32 nəfər sağdır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.