azerbaycanxeberleritv.az » Manşet » Prezident bu şəxsi "general" rütbəsindən məhrum etdi
Manşet / Siyasət / 24-07-2023, 14:25

Prezident bu şəxsi "general" rütbəsindən məhrum etdi

 

Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun və Yasin Seyfulla oğlu Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.

Azerbaycanxeberleritv.az sərəncamın mətnini təqdim edir:

1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilsin.

2. Aşağıdakı şəxslər “Vətən uğrunda” medalından məhrum edilsinlər:

2.1. Sahib Yunus oğlu Ələkbərov;

2.2. Yasin Seyfulla oğlu Məmmədov.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.