azerbaycanxeberleritv.az » Manşet » Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmirinə ayrılacaq vəsait məlum olub
Manşet / Elm-təhsil / 28-12-2024, 14:35

Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmirinə ayrılacaq vəsait məlum olub

 

Şuşa şəhər Peşə Təhsili Mərkəzinin əsaslı təmiri işləri aparılacaq.

Bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldəedib.

Məlumata görə, artıq bununla bağlı Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi hazırlıq işlərini yekunlaşdırıb.

İdarə sözügedən işlərin icrasını “İdeal TM” Qapalı Səhmdar Cəmiyyətinə (QSC) həvalə edib və onunla dəyəri 6,4 milyon manat olan müqavilə bağlayıb.

Qeyd edək ki, Peşə Təhsili Mərkəzinin əsaslı təmir işlərini icra edəcək “İdeal TM” (QSC) 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2010 manat olan QSC-nin qanuni təmsilçisi Əliyev Əfqan Tapdıq oğludur.

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.