azerbaycanxeberleritv.az » Manşet » Prezident bu kanallara maliyyə yardımı ayırdı - SƏRƏNCAM
Manşet / Gündəm / 28-12-2024, 20:36

Prezident bu kanallara maliyyə yardımı ayırdı - SƏRƏNCAM

 

Azərbaycanda özəl ümumölkə televiziya və radio yayımçılarına birdəfəlik maliyyə yardımı göstəriləcək.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncamla ölkədə fəaliyyət göstərən özəl ümumölkə televiziya və radio yayımçılarının telekommunikasiya peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə bu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Audiovizual Şuraya 2,5 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.