azerbaycanxeberleritv.az » Manşet » Balakəndə məktəbli qız intihar etdi
Manşet / Hadisə / Elm-təhsil / 12-01-2025, 10:39

Balakəndə məktəbli qız intihar etdi

 

Balakəndə 9-cu sinif şagirdi özünü asıb.

Azerbaycanxeberleritv.az-ın məlumatına görə, hadisə rayonun Gərəkli kəndinin Poçtbinə yaşayış məntəqəsində baş verib.

Kənd sakini 2010-cu il təvəllüdlü Elina Müşfiq qızı Balayevanın meyiti yaşadığı evin həyatyanı sahəsindəki mal tövləsində asılı vəziyyətdə aşkar olunub. İlkin araşdırma zamanı E.Balayevanın intihar etdiyi məlum olub.

E.Balayevanın Balakən şəhəri Nizami adına tam orta məktəbinin 9-cu sinif şagirdi olduğu bildirilir.

Faktla bağlı Balakən Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.