azerbaycanxeberleritv.az » Manşet » “Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirdi
Manşet / İdman / 13-01-2025, 17:32

“Fənərbağça”nın sabiq futbolçusu karyerasını bitirdi

 

Danimarka millisinin və Türkiyənin “Fənərbağça” klubunun sabiq müdafiəçisi Simon Kyaer peşəkar karyerasını başa vurub.

"Azerbaycanxeberleritv.az" xəbər verir ki, keçmiş müdafiəçi 35 yaşında futbolla vidalaşıb. O, qərarını Danimarka mətbuatına müsahibəsində açıqlayıb.


Futbolçu Avro-2024-dən öncə Norveç yığması ilə keçirilmiş yoldaşlıq görüşündə karyerasına son qoymaq qərarına gəldiyini bildirib.

Qeyd edək ki, Simon Kyaer 2015-2017-ci illərdə "Fənərbağça"da çıxış edib. Müdafiəçi İtaliyanın “Milan”, İspaniyanın “Sevilya” komandalarının da formasını geyinib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.