azerbaycanxeberleritv.az » Manşet » Bərdədə qəza: 3 nəfər yandı, 5 kənd qazsız qaldı
Manşet / Regionlar / 13-01-2025, 18:25

Bərdədə qəza: 3 nəfər yandı, 5 kənd qazsız qaldı

 

Bərdə rayonu Mollaisalar kəndi ərazisində avtomobil qaz xəttinə çırpılıb, beş kəndin qaz təminatında fasilə yaranıb.

Azerbaycanxeberleritv.az Report-a istinadla xəbər verir ki, “Hunday Aksent” markalı minik avtomobili yanvarın 13-də gecə saatlarında hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı qaz xəttinə çırpılıb.

Qəza nəticəsində qaz xəttində baş verən yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Məlumata əsasən, qəza nəticəsində 108 mm-lik qaz xəttinə, həmlinin Qaz Tənzimləyici Məntəqəyə ziyan dəyib. Nəticədə Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkarlar kəndlərinə qazın verilişi dayanıb.

Hazırda qaz təchizatının bərpası üçün işlər davam edir.

***

Bərdə rayonunun Mollaisalar kəndində “Hunday” markalı minik avtomobilinin yol kənarındakı qaz borusuna çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası zamanı 3 nəfər yanıq xəsarəti alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub, yanğın söndürülüb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.