azerbaycanxeberleritv.az » Manşet » Texniki baxışla bağlı DƏYİŞİKLİK - Yanvarın 15-dən...
Manşet / Cəmiyyət / 14-01-2025, 16:57

Texniki baxışla bağlı DƏYİŞİKLİK - Yanvarın 15-dən...

 

Baş Dövlət Yol Polisi İdarəsinin paytaxtın Sabunçu rayonu Zabrat qəsəbəsində və Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərində yerləşən Texniki Müayinə Mərkəzlərinin iş qrafikində dəyişiklik edilib.

Azerbaycanxeberleritv.az xəbər verir ki, 2025-ci ilin 15 yanvar tarixindən etibarən həmin mərkəzlər həftənin I-VI günləri saat 23:00-dək, həftənin bazar günü isə saat 18:00-dək fəaliyyət göstərəcək.


Əhaliyə keyfiyyətli xidmət göstərilməsi, eləcə də vətəndaş məmnunluğunun təmin edilməsi üzün sözügedən mərkəzlərdə zəruri şərait yaradılıb.

Nəqliyyat vasitələrinin sahibləri və sürücüləri avtomobillərinin dövlət texniki baxışa təqdim edilməsi barədə onları maraqlandıran məsələlərlə bağlı operativ məlumat almaq üçün 012-590-71-13 nömrəli qaynar xətlə əlaqə saxlaya bilər.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.