azerbaycanxeberleritv.az » Manşet » Fevral ayından minimum pensiyalar bu qədər olacaq
Manşet / İqtisadiyyat / 14-01-2025, 17:11

Fevral ayından minimum pensiyalar bu qədər olacaq

 

Pensiyaçılar yanvar ayında pensiyalarını əvvəlki qayda ilə, yəni 280 manat alıb.

Azerbaycanxeberleritv.az xəbər verir ki, artımlar fevral ayından etibarən veriləcək.

Belə ki, minimum pensiya alanlar fevral ayını artımla birgə - 280+40 manat alacaq. Bundan başqa, yanvar ayının da artımı əlavə olunacaq və fevral ayında 360 manat alacaqlar.

Əmək pensiyalarının indeksləşdirilməsi nəticəsində olan artımlar da fevraldan veriləcək. Yəni fevral ayında minimum pensiyaya ən azı 8 faiz (25,6 manat) əlavə ediləcək. İndeksləşməyə görə yanvardakı artım da fevralda veriləcəyindən, minimum pensiya alanlar 345,6 manat və yanvar artımları (40+25,6) olmaqla, ümumilikdə ən azı 411,2 manat alacaqlar.

Qeyd edək ki, indeksasiyanın 8% civarında olması orta statistikaya əsaslanır. İndeksasiyanın konkret faizi 1 fevralda açıqlanacaq.

Həmçinin minimum pensiyadan əlavə digər pensiyaların artımı ilə bağlı qərar da fevral ayında veriləcək. Bura indeksasiya da daxil olacaq.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.