azerbaycanxeberleritv.az » Manşet » 74 yaşlı şəxsin evdə gizlətdiyi xeyli silah-sursat tapıldı
Manşet / Hadisə / 3-03-2025, 13:15

74 yaşlı şəxsin evdə gizlətdiyi xeyli silah-sursat tapıldı

 Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların əməliyyat yolu ilə aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində tədbirlər davam etdirilir.


"Azərbaycanxeberleritv.az" DİN-ə istinadən xəbər verir ki, Nərimanov Rayon Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə paytaxt sakini 74 yaşlı V.Usolsevin rayon ərazisində yerləşən evində odlu silah-sursat gizlətməsi barədə əməliyyat məlumatı daxil olub.



Həmin şəxs polislər tərəfindən saxlanılıb. Onun ünvanından 1 “Kalaşnikov” avtomatı, 2 tüfəng, 1 tapança və 153 ədəd patron aşkarlanaraq götürülüb.


Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.