azerbaycanxeberleritv.az » Manşet » Milli Məclisin deputatı,yazıçı, əməkdar jurnalist Aqil Abbasıjn 72 yaşı tamam olur
Manşet / Gündəm / Cəmiyyət / 1-04-2025, 13:42

Milli Məclisin deputatı,yazıçı, əməkdar jurnalist Aqil Abbasıjn 72 yaşı tamam olur

 Abbasov Aqil Məhəmməd oğlu 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində (Hacılar yaşayış məntəqəsində) doğulub. Buradakı və Ağdam şəhərindəki 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlamış, sonralar “Elm və həyat” jurnalında fotomüxbir, müxbir, şöbə müdiri (1977-1987), “Sovet kəndi” qəzetinin xüsusi müxbiri (1987-1990) vəzifələrində işləmişdir. 1990-1992-ci illərdə “Ədalət” qəzetində redaktor kimi çalışmışdır. 1992-ci ildən “Ədalət” qəzetinin, 1993-cü ildən “Boz qurd” qəzetinin baş redaktoru olmuşdur.

Bədii yaradıcılığa 1970-ci ildə başlayıb. İlk mətbu hekayəsi ”Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. 1977-ci ildən “Şəbədə Nazim” hekayəsi “Ulduz” və “Azərbaycan” jurnallarında işıq üzü görmüşdür. Həmin dövrdən etibarən mətbuatda yazıları ilə çıxış etmişdir.

1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) üzvüdür. “Ən xoşbəxt adam” kitabına görə, Respublika Komsomolu mükafatı laureatı (1987), “Məmməd Araz” adına ədəbi mükafat laureatı (1994), “Dan ulduzu” (1993), həmçinin “Yaddaş”, “Zeynalabdin Tağıyev” və “Qızıl Qələm” mükafatları laureatıdır. 10 kitabın müəllifidir. 3 kitabı Türkiyədə çap olunub.

Azərbaycan Respublikasi Milli Məclisinin deputatı, Azərbaycanın Əməkdar jurnalistidir. Ailəlidir; 2 övladı var.

 

Aqil müəllimi saytımızın baş redaktoru Jalə Əlövsətqızı və komandası adından səmimi qəlbdən təbrik edir,uzun ömür möhkəm can sağlığı arzu edirik.Aqil müəllimə işlərində daimi uğurlar xalqın yanında olub xalqa hər zaman dəstək olmağını arzu edirik.

72 illik Yubleyiniz mübarək!


Müəllif:Jalə Əlövsətqızı

Tarix:01.04.2025/13:43


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.