azerbaycanxeberleritv.az » Manşet » Bakıda silahlı insident: bir nəfər güllələndi
Manşet / Gündəm / Hadisə / 30-08-2023, 11:04

Bakıda silahlı insident: bir nəfər güllələndi

 

Avqustun 29-da saat 14 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yerləşən evlərin birində odlu silahdan açılan atəş nəticəsində İsfəndiyar Allahverdiyevin topuq nahiyəsindən xəsarət alması barədə polisə məlumat daxil olub.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Binəqədi RPİ 6-cı Polis Bölməsi və Qobustan RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən İ.Allahverdiyevin qohumu, əvvəllər məhkum olunmuş Ayaz Cəbiyev saxlanılıb.

Ondan hadisə zamanı istifadə etdiyi lüləsi kəsilmiş “İJ” markalı tüfəng, ona aid 7 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.