Elxan Şirinov 01 sentyabr 1963-cü ildə İmişlidə anadan olub. Orta məktəbi bitirdikdən sonra Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi olaraq ali təhsil almışdır. 30 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almışdır. Hazırda filologiya üzrə fəlsəfə doktoru olan Elxan Şirinov həm də dosent və Amerikaşünasdır. Musiqi sahəsinə 90-cı illərdə gələn Elxan Şirinov "Sən ağlama", "Qurbanın olum", "Sənsiz", "Başqa birisini sevə bilməzsən", "Mən yenə axşamları tək dolaşıram" lirik mahnıları ilə sevənlərinin könlündə taxt qurmuşdur.
Elxan müəllimi Azerbaycanxeberleritv.az saytının rəhbərliyi və komandası adından doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik.Elxan müəllimə uzun ömür möhkəm can sağlığı arzu edirik.Yeni yaşı sənətində və şəxsi həyatında daimi uğur gətirməyini diləyirik.
Ad gününüz mübarək!