Məhkəmə həbsxanada Qarabağ qazisi Sübhan Ağayevi işgəncə verərək öldurən mayoru 2 min cərimə edərək sərbəst buraxıb. Bu Hərəkət Azərbaycan Respublikasının konstitusiyasında varmı ki qətillə ittiham olunan Dövlət qulluqçusuna cərimə tətbiq olunsun ?
Qazi Sübhan Ağayev 5 saylı cəzaçəkmə müəssisəsində öldürülüb? Cəzaçəkmə müəssisəsinin baş inspektoru, ədliyyə mayoru Hümbət Məmmədov 27-28 fevral tarixində qazi Sübhan Ağayevi hər iki əlinə qandal vurub dəmir çarpayıya bağlayaraq ona işgəncə verib. Nəticədə işgəncəyə dözməyən Sübhan Ağayev ölüb. Salyan rayon Məhkəməsi ədliyyə mayoru Hümbət Məmmədovu təqsirli bilərək adam öldürdüyünə görə 2 min manat cərimə edərək sərbəst buraxıb. Bu barədə Məhkəmə və xüsüsi Dövlət orqanları niyə biganə qalır ? Dövlət,Millət ,Xalq uğrunda döyüşüb Qazi olan bir vətən oğluna niyə biganə qalmalıyıq ?!!!
Əks tərəfin fikirlərində dərc etməyə hazırıq.