azerbaycanxeberleritv.az » Manşet » İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib
Manşet / Gündəm / Siyasət / Dün, 15:00

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 17-də Şimali Makedoniya Respublikası Assambleyasının sədri Afrim Qaşini qəbul edib.

Söhbət zamanı Azərbaycanla Şimali Makedoniya arasında münasibətlərin inkişafından məmnunluq bildirildi, əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulandı.

Əlaqələrimizin möhkəmlənməsində müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin önəminə toxunuldu, bu xüsusda Şimali Makedoniya Prezidentinin ölkəmizə rəsmi səfəri və keçirilən səmərəli müzakirələr qeyd olundu.

Qonaq vurğuladı ki, Şimali Makedoniya Azərbaycanı dost ölkə kimi qəbul edir.

Görüşdə ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əlaqələrimizin perspektivlərinə dair müzakirələr aparıldı, Azərbaycan və Şimali Makedoniyanın qanunverici orqanları arasında əməkdaşlığın genişlənməsindən məmnunluq ifadə olundu.

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

İlham Əliyev Şimali Makedoniya Assambleyasının sədrini qəbul edib

AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.