azerbaycanxeberleritv.az » Manşet » Yaxın Şərqdəki müharibə NATO-nu parçalayacaq
Manşet / Siyasət / Dünya / 11-10-2023, 11:24

Yaxın Şərqdəki müharibə NATO-nu parçalayacaq

 

Ukrayna və İsrailə eyni vaxtda yardım NATO-nun parçalanmasına səbəb olacaq.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“Növbəti Fələstin-İsrail müharibəsi NATO üçün sürpriz oldu və indi iki ölkə - Ukrayna və İsrail arasında sursat və silah təchizatı paylamalı olacaq. NATO toplantısına gələn müdafiə nazirləri vaxtlarını Ukraynanı dəstəkləməklə keçirəcəklərini gözləyirdilər, lakin bunun əvəzinə kəşfiyyat brifinqlərindən son iki ildə unudulmuş Yaxın Şərq haqqında məlumat aldılar. Ukraynada isə açıq şəkildə bəyan edirlər ki, onlar Yaxın Şərqdəki müharibə səbəbindən dəstəyin azalmasından ehtiyat edirlər”, - məlumatda deyilib.



AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.