azerbaycanxeberleritv.az » Manşet » Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verildi
Manşet / Cəmiyyət / 17-10-2023, 17:05

Binəqədi və Abşeronun bəzi əraziləri Sumqayıta verildi

 

Milli Məclis Binəqədi və Abşeron rayonlarının bəzi ərazilərinin Sumqayıtın inzibati ərazisinə verilməsinə dair layihəni təsdiqləyib.

"Azərbaycanxeberleritv.az" xəbər verir ki, bununla bağlı “Bakı şəhəri Binəqədi rayonunun, Sumqayıt şəhərinin və Abşeron rayonunun sərhədlərinin müəyyənləşdirilməsi haqqında” qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.


Layihədə qeyd edilib ki, Binəqədi qəsəbəsinin ərazisindən 1213 ha torpaq sahəsi, Abşeron rayonunun inzibati ərazisində yerləşən 375 ha və 2223,67 ha torpaq sahəsi Sumqayıt şəhərinin inzibati ərazisinə verilir.

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.