azerbaycanxeberleritv.az » Manşet » Əməkdar artist Səbuhi İbayevin doğum günüdür.
Manşet / Şou-biznes / Mədəniyyət / 27-10-2023, 21:06

Əməkdar artist Səbuhi İbayevin doğum günüdür.

İbayev Səbuhi Tahir oğlu 27.10.1976 -cı ildə Ağdam rayonu Şurabad kəndində anadan olmuşdur.1988-cı ildə Xanşuşinski adına musiqi məktəbini bitirib.1994-cü ildə hərbi xidmətə yollanıb.1998-ci ildə hərbi xidməti bitirərək  ailəsinin yanına geri dönmüşdü..1999-cu ildə Asəf Zeynallı adına musiqi kollecinə daxil olub.2004-cü ildə Konservatoriyanı bitirib.Daha sonra magistraturiyaya daxil olaraq təhsilini davam etdirib.2009-cu ildə prezident təqaüdü alıb.2010-cu ildə əməkdar artist adına laiq görülüb.Asəf Zeynallı və Konservatoriyada müəllim kimi fəaliyyət göstərir.Muğam mərkəzinin solistidir.20 yaxın ölkədə Azərbaycanı təmsil edib.Əməkdar artistimizin müəllimləri Vahid Abdullayev  və Arif Babayev olubdur.23 ildir ki "Opera Balet teatrındadır."  Opera Balet teatrında  "Leyli  və Məcnun" "Şah İsmayıl" "Aşıq Qərib" və bir çox tamaşalarda rast tamaşalarında xanəndə və qısa qısa rolları olub.

Ailəlidir 3 övladı var.

Respublikamızın əməkdar artisti dəyərli sənətkarımızı saytımızın təsisçi direktoru  Jalə Əlövsətqızı və komandası adından səmimi qəlbdən təbrik edir.Səbuhi müəllimə uzun ömür can sağlığı sənətində daimi uğurlar arzu edirik.

Ad gününüz mübarək dəyərli sənətkarımız.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.