azerbaycanxeberleritv.az » Manşet » Şəhid Cəfərov Elşad Malik oğlunun mövlud günüdür
Manşet / Müharibə / Qan yaddaşı / 27-11-2023, 18:01

Şəhid Cəfərov Elşad Malik oğlunun mövlud günüdür

 

Baş əymədin sən düşmənə 

Xeyir qalib gəldi şərə.

Üç rəngli al bayrağını

Ucaltdınız zirvələrə

Tarix qəhrəmanları deyil,qəhrəmanlar tarixi yaradırlar.Bu doğurdan da, belədir.Azərbaycan xalqının tarixində nəinki keçmişdə bu gün də şanlı vətən tarixini  öz qanıyla yazan, canını vətən uğrunda  qurban verən qəhrəmanlarımız çoxdur.Onlardanda biri Cəfərov Elşad Malik oğludur.

Cəfərov Elşad Malik oğlu 27 noyabr 1999-cu ildə Sabirabad rayonunun qalağayın kəndində anadan olmuşdur. 2005-ci ildə həmin rayonun orta məktəbin 1-ci sinifdən 3-cü sinifinə qədər təhsil almışdır. 2008-ci ildən Füzuli rayonun Zobucuq 2 qəsəbəsinin 27 nömrəli tam orta məktəbində təhsilini davam etdirmişdir. 2016-cı ildə məktəbi bitirmişdir. O, boş vaxtlarında boksla məşğul olurdu, hətta 9 il idmana marağı olub və idmandan nəaliyyətlər qazanmışdır. Elşad vətənə çox bağlı idi. 2018-ci ilin yanvarın 9-u hərbi xidmətə gedib. Xidmət etdiyi vaxtda hamının hörmətini qazanmış mehriban qayğıkeş olmuşdur. Hərbi xidmətini nümunəvi əsgər kimi başa vurub və müxtəlif ordenlərlə təltif olunmuşdur. Xidmətini 2019-cu ilin iyul ayının 3-ü bitirmişdir. 2020-ci ilin avqust ayında həqiqi hərbi xidmətə müddətdən artıq hərbi qulluqçu kimi başladı.  Elşad vətənə necə sevdalı idisə həmişə vətən deyərdi, sanki vətən ilə nəfəs alırdı. 1993-cü ildə əmisi Adil Cəfərov şəhid olmuşdur. Həmişə deyərdi ki, məndə əmim kimi vətən uğrunda qəhrəmancasına vuruşub döyüşəcəm. Sentyabr ayının 27-si 44 günlük vətən müharibəsində qəhrəmancasına iştirak etdi. Hətta sevincinin həddi hüdudu yox idi. Çünki vətəni uğrunda döyüşüb torpaqlarımızı işğaldan azad edirdilər.44 günlük müharibədə əmisi oğlu Əli Cəfərli İsa oğlu da şəhidlik zirvəsinə ucaldı. Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə vətən müharibəsi iştirakçısı medalları ilə təltif olunmuşdur. Qələbə xəbəri onun üçün böyük bir sevinc, xoşbəxtlik idi. 2022-ci il oktyabr ayı könüllü olaraq Komando kurslarına qatıldı və kursu yüksək nəaliyyətlərlə başa vurdu. Özü ilə qürur duyurdu. Sonra isə 704 nömrəli Komando briqadasının 2-ci əməliyyat taborunda “Kəşfiyyatçı operator” kimi xidmətə başladı. Kəşfiyyatçı olduğu üçün Azərbaycan ordusunda xidmət etdiyi üçün ona bu vəzifə böyük şərəf idi. 2023-cü il 19-u sentyabrda Azərbaycan Ordusunun keçirdiyi Anti-terror əməliyyatları çərçivəsində Xocavənd rayonunun Qırmızı Bazar yaxınlığında Elşad bir neçə erməni postları alaraq şəhidlik zirvəsinə ucaldı.

Azərbaycan Respublkasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sərəncamı ilə Cəfərov Elşad Malik oğlu ölümündən sonra "Vətən uğrunda" medalı, " Fizulinin azad olunması uğrunda", "Xocavəndin olunması uğrunda", "Vətənə  xidmətə görə 3 dərəcəli ordeni", "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.

Bu gün Şəhidimizin cənnətdəki ilk mövlududur.Bizdə Azerbaycanxebeleritv.az komandası olaraq şəhidimizin ailəsinin yanında olaraq onlara mənəvi dəstək olmağa çalışdıq.

Allah şəhidimizə rəhmət eləsin!

Məkanı cənnət olsun!

Ruhu şad olsun!

Allahdan ailəsinə səbr diləyirik!

Cənnətdəki mövludun mübarək Şəhidim!

Fizulinin igid oğlu,

Elimin fəxri qüruru.

Döyüşlərdə qəhrəmantək.

Qorudun torpağı,yurdu.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.