azerbaycanxeberleritv.az » Manşet » Xarkovda əhali məcburi təxliyə olunacaq
Manşet / Siyasət / Dünya / 12-04-2024, 09:44

Xarkovda əhali məcburi təxliyə olunacaq

 

Xarkov vilayətində uşaqlı ailələr Rusiya ilə sərhədə yaxın yerləşən 47 yaşayış məntəqəsindən məcburi şəkildə təxliyə olunacaq.

Azerbaycanxeberleritv.az xəbər verir ki, bu barədə Xarkov vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinequbov məlumat yayıb.

Onun sözlərinə görə, məcburi təxliyə ilə bağlı qərar Regional Müdafiə Şurasının iclasında qəbul edilib.

"Söhbət yalnız Xarkov, Boqoduxovski və İzyum rayonlarında Rusiya ilə sərhədə yaxın yaşayış məntəqələrindən gedir. Bizdə olan məlumata görə, müəyyən yaşayış məntəqələrində 182 uşaq yaşayır", - Sinequbov bildirib.

O qeyd edib ki, təxliyənin Xarkov şəhərinə aidiyyəti yoxdur.

Qurum rəsmisi bildirib ki, təxliyə marşrutları müəyyən edilib, insanların müvəqqəti yaşaması üçün yerlər bronlaşdırılıb.


AzərbaycanXƏBƏRLƏRİ

Təsisçi, Baş direktor: Jalə Əlövsətqızı
Qaynar xətt:
+99455 899 72 94
+99450 496 49 02
Email: [email protected]

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.